Beynəlxalq turizm sərgisində Azərbaycanın stendi maraqla qarşılanmışdır
Bakı, 11 mart (AZƏRTAC). Azərbaycanda turizm potensialı üçün bütün imkanlar vardır. Almaniyanın Berlin şəhərində keçirilən Beynəlxalq turizm sərgisində Azərbaycanın turizm potensialı ilə bağlı stendə baxanlar bu fikirdədirlər.
AZƏRTAC xəbər verir ki, ölkəmiz digər mötəbər tədbirlərdə olduğu kimi, bu sərgidə də layiqincə təmsil olunmuşdur. Azərbaycanın turizm potensialını əks etdirən stendin qarşısına gündə yüzlərlə insan gəlmişdir. Xaricilər respublikamızda qış turizmi üçün əlverişli şəraitin olduğunu, insanlarımızın və mətbəximizin onları valeh etdiyini bildirmiş, tezliklə ölkəmizə səfər edəcəklərini demişlər.
Azərbaycan stendi xarici kütləvi informasiya vasitələrinin də diqqətini cəlb etmişdir. Əcnəbi jurnalistlər stendimizdən süjetlər hazırlamış, məqalələr yazmışlar.
Sərgidə Azərbaycanın 12 mehmanxanasının və turizm şirkətlərinin əməkdaşları iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]