Bəzi ərazilərdə yeraltı piyada keçidlərindən istifadə məhdudlaşdırılıb
Bakı, 29 mart, AZƏRTAC
Bəzi ərazilərdə yeraltı piyada keçidlərindən istifadə məhdudlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejiminin gücləndirilməsi nəticəsində dənizkənarı bulvar, park və istirahət məkanlarına yeraltı piyada keçidlərindən çıxış məhdudlaşdırılıb.