Biləcəridə açıq sahədə baş vermiş yanğın söndürülüb
Bakı, 5 avqust, AZƏRTAC
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, havanın küləkli olmasına baxmayaraq, yanğınsönsürənlərin səyi ilə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən 20 dəqiqə ərzində məhdudlaşdırılmaqla, qısa müddətdə tam söndürülüb.
Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmir yolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib.