Binəqədi rayonunda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 61 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kvadratmetr sahədə yanıb.
Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.
Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]
Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar
- 04.06.2026 [14:51]
Oğuzda narkomanlığın fəsadları ilə bağlı maarifləndirmə aparılıb
- 04.06.2026 [14:18]
Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir
- 04.06.2026 [13:37]