Binəqədidə avtomobil alqı-satqısı adı altında dələduzluq edən şəxs saxlanılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı E.Qulamov saxlanılıb.
Araşdırmalar nəticəsində E.Qulamovun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [15:09]
Əməyin mühafizəsinə dair sertifikatlar təhsil işçilərinə təqdim olunub
- 04.06.2026 [15:07]
Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar
- 04.06.2026 [14:51]
Oğuzda narkomanlığın fəsadları ilə bağlı maarifləndirmə aparılıb
- 04.06.2026 [14:18]
Mərkəz rəisi: Enerji sektoru kibertəhdidlərin daha çox hədəfindədir
- 04.06.2026 [13:37]