BİR AİLƏDƏ BEŞ ÖLÜM
AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, martın 18-də səhər radələrində Korsikanın cənubundakı kiçik Serra di Sopemen kəndindəki yeganə barın 49 yaşlı sahibinin öz evinda intihar etməsi xəbərini almış polis hadisə yerinə gələrkən dəhşətli mənzərə ilə qarşılaşmışdır. Barın sahibi anasını, dayısını və həmin evdə gecələmiş yaxın qohumları olan bir qadını ov tüfəngindən açdığı atəşlə qətlə yetirmiş və sonra həmin tüfənglə özünü öldürmüşdür. Kənddən 2 kilometr aralıda elə həmin tüfənglə qətlə yetirilmiş ailəyə yaxın 39 yaşlı bir qadının meyitinin tapılması polisi müəmmalı hadisə ilə üzləşdirmişdir. Tədqiqat aparan polis faciənin ailə münaqişəsi zəminində baş verməsini ilkin fərziyyə kimi irəli sürmüşdür. Onun meyitinin yanındakı tüfəngi və yerdə atılıb qalmış gilizləri nəzərdən keçirdikdən sonra polis belə qənaətə gəlmişdir ki, qətl hadisəsini məhz barın sahibi törətmişdir.
Polis tərəfindan sorğu-sual edilmiş ailənin qohum və yaxınları bar sahibini sakit təbiətli, işgüzar bir adam oldugunu bildirmişlər.
Kənd sakinlərini tamam sarsıtmış bu qətl hadisəsi ilə bağlı polis tədqiqat işini davam etdirir.