Bir neçə NATO ölkəsi Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlayır
Bakı, 10 iyul, AZƏRTAC
NATO ölkələrinin kiçik bir qrupu Vilnüsdə keçiriləcək sammitə qədər Ukraynaya üçün təhlükəsizlik zəmanəti hazırlamaq məqsədilə danışıqlar aparır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropanın “Politico” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, bir neçə həftədir ABŞ, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edir, həmçinin hərbi blokdakı digər müttəfiqlərə, Avropa İttifaqına və G7-yə müraciət edirlər.
Bu arada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, NATO Vilnüsdə keçiriləcək sammitin yekun sənədinə alyansa daxil olmaq üçün Ukraynada islahatların davam etdirilməsi ilə bağlı bənd daxil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]