Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər
Bakı, 30 noyabr, AZƏRTAC
Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiya Federasiyasının, Ukraynanın, Qazaxıstan Respublikasının, Belarus Respublikasının və Moldova Respublikasının hökumət başçıları Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər.