Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir yalanın sirri”, yaxud erməniləri öz yalanlarına inandıran nədir?

“Bir yalanın sirri”, yaxud erməniləri öz yalanlarına inandıran nədir?

Bakı, 15 aprel, AZƏRTAC

Görəsən, Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən sonra diplomatik cəbhədə də əldə etdiyi uğurlara kölgə salmaq istəyən erməniləri və “erməni düşüncəli”ləri ömrü cəmi bir neçə saat çəkən yalanlar uydurmağa nə vadar edir və əsl həqiqətdə onlar nəyə nail olmaq istəyirlər?

Siyasi şərhçi Elnar Məmmədli AZƏRTAC-a açıqlamasında bununla bağlı bəzi məqamlara toxunub.

“İlk növbədə qeyd edim ki, həmin bu dairələr cəmi bir gün əvvəl öz təsəvvürlərində hay-küylü, qalmaqallı və sensasiyalı bir məlumat paylaşdılar - guya Niderland parlamenti Azərbaycanın rəsmi təmsilçisi, fövqəladə və səlahiyyətli səfir, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovla görüşdən imtina edib. Səbəb isə guya ölkəmizdə demokratiyanın, insan haqlarının, söz azadlığının pozulması, xüsusilə də dindar kəsimə münasibətdə bu halların daha çox özünü göstərməsi təqdim olundu. Bununla da ermənilər, “erməni düşüncəlilər” və əlbəttə ki, “milli satqınlar” dərhal bayram havasına büründülər. Niyə? Çünki guya bunların “arqumentləri” əsas götürülərək Azərbaycan dövlətinin təmsilçisi ilə Avropa dövlətlərindən birinin qanunverici orqanında görüşdən imtina olunmuşdu.

Baxın, burada ermənilərdən gözlənilən də bu feyk xəbərə və ya “xəbərciy”ə sevinməkdir. Onlar bu uydurmaya nəinki sevindilər, hətta bu “sevincli xəbər”in mənbəyini də, necə deyərlər, sevə-sevə bölüşdülər, “mənbə biz deyilik, özləridir” dedilər, yazdılar və sosial şəbəkələrdə paylaşdılar. Yəni, erməni və içimizdəki “milli xain”lər toy-bayram etdilər ki, “parlaq diplomatik qələbə” qazanıblar. “Qələbə”nin adı isə “Azərbaycan dövlətinin rəsmi təmsilçisinin Niderlandda parlamentdəki görüşə buraxılmaması” oldu. Amma məsələ həqiqətən də belə idimi?”, - deyə E.Məmmədli bildirib.

Əsl həqiqətin nədən ibarət olduğuna diqqət çəkən siyasi şərhçi qeyd edib ki, beləliklə, bu feyk xəbərə, sadəcə, fikir verməyən dövlətimiz və Niderlanddakı səfirliyimiz məlumat paylaşdı ki, dövlətin rəsmi nümayəndəsi o yalanın yayıldığı anlarda məhz millətimiz və dövlətimizin, yəni, 44 günlük Vətən müharibəsinin memarlarının mənafeləri, həqiqətlərimizin, xüsusilə də Ermənistanla sülh prosesindəki konstruktiv mövqeyimizin, həmçinin Laçın yolundakı aksiyamızla əlaqədar uydurulan erməni yalanlarının mahiyyətinin və digər milli məsələlərimizin niderlandlı parlamentarilərə izah etməklə, gerçəkləri ortalığa qoymaqla məşğul idi. Ölkəmizin rəsmi təmsilçisi ilə görüşlərdən nəinki imtina olunmuşdu, əksinə, Elçin Əmirbəyov bu antimilli ünsürlərin yalan məlumat istehsal edərək ondan zövq aldıqları zamanda niderlandlı siyasətçilərə izah edirdi ki, “Ermənistan, əslində, nə ilə məşğuldur və hansı səbəbdən qonşusu Azərbaycana böhtanlar atır, ona qarşı əsassız ərazi iddiaları irəli sürür, sərhəddə təxribatlar törətməklə qan axıdır, Zəngəzur dəhlizinin region, Avropa və dünya, o cümlədən Orta Dəhliz üçün əhəmiyyəti nədən ibarətdir, Laçın yolunda heç bir blokada yoxdur, sadəcə, ekofəalların haqlı tələbləri var, iki ölkə arasında sərhədlər delimitasiya və demarkasiya olunmalı və nəhayət ədalətli sülh müqaviləsi imzalanmalıdır”. Elə həmin görüşlərdə Avropa İttifaqının regional təhlükəsizlik məsələsində artan rolu barədə danışan E.Əmirbəyov məhz bizim hamımızın milli mənafelərimizi ehtiva edən, Prezident İlham Əliyevin Ermənistanla normallaşma prosesində atdığı addımların, həyata keçirdiyi siyasətin həqiqi mahiyyətini Avropa dövlətindəki siyasətçilərə açıq, çox sadə məntiqlə izah edir və bu da, əslində, qəbul olunurdu.

Bu uğurlu görüşlər haqqında isə Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev tviter hesabında holland siyasətçilərə, parlamentarilərə, bu ölkənin 6 partiyasının təmsilçilərinə təşəkkürlərini bildirib ki, çox faydalı və səmərəli fikir mübadiləsi aparılıb. İkitərəfli əlaqələrə, həmçinin Cənubi Qafqazda baş verən siyasi və geosiyasi proseslərə dair faydalı müzakirələr olub. Deməli, bununla da “ciddi uğur”dan başı gicəllənən, toy-bayram edən ermənilərin və sapı özümüzdən olan “erməni düşüncəlilər”in yalanları nəinki ifşa oldu, hətta onlar rüsvay da oldular.

E.Məmmədli yazır: “Bəs, əslində, nə baş vermişdi, Azərbaycanın döyüş meydanında qazandığı Qələbənin, diplomatik cəbhədə də əldə etdiyi uğurların fonunda erməniləri və “erməni düşüncəli”ləri ömrü cəmi bir neçə saatlıq olan yalanları uydurmağa nə vadar etmişdi?. Və ya “Bir yalanın sirri” nədədir?

Mən həqiqəti yazım, siz də düzgün nəticəni özünüz çıxarın. Birinci səbəb odur ki, Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə başlatdığı yalan-böhtan kampaniyası, Qarabağdakı tör-töküntülərə status almaq ümidləri, sözün əsl mənasında, iflasa uğrayıb. Nə BMT, nə ATƏT, nə Avropa Şurası, nə Rusiya, nə ABŞ və nə nə nə.... onların istədiklərinə heç bir ciddi reaksiya vermədilər, Azərbaycana qarşı onlar tərəfindən gözlədikləri xarici “təzyiq” sadəcə “növbətçi bəyanatlar”dan - məsələn: “tərəfləri problemləri danışıqlar vasitəsilə həll etməyə çağırırıq”dan o tərəfə keçmədi. “Bacı” Fransa da ancaq bəyanat verir, hə, bir də köhnə-yeni “bacı” İranın da əlindən gələn ancaq Tehrandakı səfirliyimizə və deputat Fazil Mustafaya qarşı terror əsdirmək oldu. Dünən də Xamneyinin xarici məsələlər üzrə müşaviri Ə.Ə.Vilayəti məqalə yazdı ki, biz Azərbaycana hücum etmərik. Amma yazmadı ki, niyə Ermənistana bu qədər cəsarət və dəstək veririk ki, bu ölkə də həmin o qonşuluq nizamını, sülh və sabitliyi təhdid edir!? Yaxud da Azərbaycana qarşı hər gün edilən hücumları “Ağayi mollalar” nə üçün səngitmirlər?! Nə isə, bu, ayrı yazının mövzusudur.

İkinci səbəb də budur ki, Ermənistan rəhbərliyi və şəxsən Paşinyan artıq həqiqi dalana dirəniblər. Yaranmış “kollaps vəziyyət”dən, sadəcə, çıxış yolu yoxdur. Ölkədə daxili gərginlik artır, Qarabağda separatçılıq ocağı demək olar ki, can verir, xaricdən heç bir dəstək gəlmir, Rusiya ilə münasibətlər pozulur (rus siyasətçilər hətta Ermənistanın mübahisəli ərazi olduğunu bəyan edirlər), Avropa və ABŞ-dan tələb etdikləri dəstəyin olmaması barəsində də acınacaqlı durum tezliklə Ermənistanda sabitliyin pozulacağının işartılarıdır.

Üçüncüsü və ən başlıcası da Azərbaycanın, onun Müzəffər Prezidenti İlham Əliyevin haqq-ədalətin bərpası naminə güclənən təzyiqləridir ki, Ermənistan bu təzyiqlərin qarşısında heç cür tab gətirə bilmir. Ona görə də bu fonda daxili çəkişmələr də artır. Məsələn: Paşinyan deyir ki, Sarkisyan Qarabağı hələ Madrid prinsiplərini qəbul edərkən Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Sarkisyan da deyir ki, “Ara, Paşinyan! faktı açıqla, yoxsa ya yalan danışırsan, ya da mənəviyyatında problem var!”

Dördüncüsü, yəni, “Bir yalanın sirri”nin açılmasına kömək edən daha bir həqiqət isə elə dünən məlum oldu. Leo Nikolyan tvit yazdı ki, Fransa Xarici İşlər Nazirliyində Ermənistan səfirinin adı ilə bağlı qalmaqal - korrupsiya, qaydaların pozulması, sənədlərin saxtalaşdırılması faktları ortalığa çıxıb.

Məncə, elə ən son Ermənistanı rüsvay edəcək faktın açıqlanması ilə paralel “Niderland parlamentində Azərbaycan dövlətinin təmsilçisi ilə görüşdən imtina olundu” feyk sensasiyasını yaymaqda məqsədin nədən ibarət olduğu gün kimi aydın olur - Azərbaycan təmsilçilərinin, o cümlədən də E.Əmirbəyovun son dövrlərdə dünyanın bir sıra ölkələrində keçirdiyi görüşlərdə ölkəmizin mənafeləri naminə əldə etdikləri nəticələrin yüksək effektivliyini azaltmaq və dövlətimizin parlaq diplomatik uğurlarına kölgə salmaq. Yəni, xain və çirkin hədəf yenə də dövlətimizi, onun uğurlarını gözdən salmaqdır.

Məqsəd isə diqqətləri Fransa XİN-də Ermənistan adına yaranan yeni korrupsiya qalmaqalından yayındırmaqdır. Fəqət alındımı? Qətiyyən yox və heç vaxt da alınmayacaq! Bu arada belə bir atalar sözü yada düşür: “Yalan ayaq açar, amma əsla yeriməz!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb