Birinci yarımildə Azərbaycanda hasil olunan neftin həcmi açıqlanıb
Bakı, 14 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun ayları ərzində ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,86 faiz azdır.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.
Bu dövrdə 11,6 milyon ton (2,52 faiz azalma) neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,9 milyon tonu konsorsiumların, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61,9 min ton (457 min barel), kondensat hasilatı 13,7 min ton (113 min barel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,6 min ton (570 min barel) olub. Hesabat dövründə neftin emalı 9,38 faiz azalaraq 2,9 milyon ton təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [14:31]
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb
- 30.09.2026 [13:25]
Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır
- 30.09.2026 [13:10]