RƏSMİ XRONİKA
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ BİN ZAİD AL NƏHƏYANA
Əlahəzrət,
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərini möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı işimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 noyabr 2009-cu il.