Bişkekdə Azərbaycan-Qırğız Gənclərinin ikinci Forumu keçiriləcəkdir
Bişkek, 13 noyabr (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyindən verilən məlumata görə noyabrın 19-dan 22-dək Bişkekdə Azərbaycan-Qırğız Gənclərinin İkinci Forumu keçiriləcək.
Məlumatda deyilir ki, bu forum “Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Qırğızıstanın Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq olunması barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 aprel Fərmanına müvafiq olaraq həyata keçirilir.
Forumda Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.
Forum çərçivəsində Azərbaycan və qırğız gəncələrinin bir sıra görüşləri keçiriləcək, əlaqələrin genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılacaqdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]