BİTKİÇİLİK MƏHSULLARININ İXRACI DAHA PERSPEKTİVLİDİR
Bakı, 13 sentyabr (AZƏRTAC). Gələcəkdə Azərbaycanın kənd təsərrüfatında bitkiçilik məhsullarının ixracı daha çox yer tutacaqdır.
Aqrar sektorda həyata keçirilən idxal-ixrac əməliyyatlarından danışan kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, heyvandarlıq məhsullarının istehsalında daha çox yerli tələbatın tam ödənilməsinə fikir verilməlidir.
Nazir demişdir: “Heyvandarlığın məhsuldarlığını artırsaq, bu sahə üzrə məhsulların daha çox ixracında müəyyən problemlər olacaqdır. Qonşu ölkələrdə (Rusiya, Belarus, Baltikyanı ölkələr və s) heyvandarlıq kifayət qədər inkişaf etmişdir. Ona görə düşünürəm ki, biz daha çox bitkiçilik məhsullarının ixracını artıra biləcəyik.
Müqayisə üçün qeyd edək ki, respublikamızda ötən il 68,8 min hektar sahədən 1077,1 min ton kartof, 81,8 min hektar sahədən 1228,3 min ton tərəvəz istehsal olunmuşdur. 86 min 385 ton kartof, 79 min 591 ton tərəvəz məhsullarının ixracı nəticəsində 63,22 milyon ABŞ dolları gəlir əldə olunmuşdur. Bu il avqustun 1-dək 551,2 min ton kartof, 660,4 min ton tərəvəz məhsulları yığılmış, ilk beş ayda 26,9 min ton kartof, 10,8 min ton tərəvəz məhsulları ixrac edilmişdir.
Uzun illər boyu heyvandarlıq məhsulları idxal edən Azərbaycan son 3 ildə ilk dəfə olaraq heyvandarlıq məhsulları ixrac etməyə başlamış, ötən il ixracdan cəmi 13 milyon manat gəlir əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]