BMT Baş Məclisi Qüdsü İsrailin paytaxtı kimi tanımadı
Bakı, 21 dekabr, AZƏRTAC
BMT Baş Məclisi ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamə qəbul edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın təhdidlərinə baxmayaraq, 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib, 35 ölkə bitərəf qalıb. ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıblar.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Məclisindəki çıxışında bildirib ki, BMT üzvü olan bir ölkə digər ölkələri təhdid edib. Bəzi ölkələr isə yardımların kəsiləcəyi ilə hədələnib. Bu, qəbuledilməzdir. Türkiyə heç vaxt Qüdsü tək qoymayacaq. Fələstin heç vaxt yalqız qalmayacaq.
“ABŞ öz səfirliyini Qüdsə köçürəcək. Heç bir səsvermə bizim bu qərarımızı dəyişməyəcək”, - deyə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli çıxışında bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [12:22]
ÜST xəbərdarlıq edir: Konqo və Uqandada Ebola riski yüksəkdir
- 21.05.2026 [12:14]
Düşənbədə su ehtiyatlarına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
- 21.05.2026 [11:32]
Media: ABŞ qüvvələrinin Avropadan çıxarılması NATO-nu zəiflədir
- 21.05.2026 [11:22]