BMT TŞ Ukrayna ilə bağlı ABŞ-ın təklif etdiyi qətnaməni qəbul edib
Bakı, 25 fevral, AZƏRTAC
BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı ABŞ-ın təklif etdiyi qətnaməni qəbul edib.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, Ukrayna ilə bağlı qətnamə layihəsində “Rusiya Federasiyası-Ukrayna münaqişəsi zamanı faciəli insan itkisi” ilə bağlı kədər ifadə olunur və “münaqişənin tezliklə dayandırılması” üzrə çağırış edilir.
Ukrayna ilə Rusiya Federasiyası arasında davamlı sülhün bərqərar olmasını tələb edən qətnaməni on ölkə dəstəkləyib, əleyhinə heç bir tərəf səs verməyib və beş dövlət bitərəf qalıb. Bu, münaqişə başlayandan bəri Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı qəbul etdiyi ilk qətnamədir.
BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin təklif etdiyi düzəlişlərin heç biri (üçü Avropa ölkələri və ikisi Rusiya tərəfindən) qəbul edilməyib.
Bazar ertəsi ABŞ eyni qətnaməni Baş Assambleyada səsverməyə çıxarıb. Sənəd Avropa ölkələrinin təklif etdiyi düzəlişlərlə qəbul edilib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı Rusiya-ABŞ danışıqlarının yeni raundunu elan edib. O bildirib ki, danışıqlar fevralın 25-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]