Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT və onun qurumları ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir

Bakı, 25 yanvar (AZƏRTAC). Tarixən müxtəlif millətlərin, xalqların dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olan Azərbaycanın xarici siyasət prioritetləri sırasına dünyada beynəlxalq hüququn prinsiplərinə əsaslanan sivil birgəyaşayış normalarının bərqərar olması, beynəlxalq təşkilatların, xüsusən BMT, ATƏT, NATO kimi qurumların dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında daha yaxından iştirakının artırılması və digər məsələlər daxildir. 

Dünya birliyinin tamhüquqlu üzvü olmaq və beynəlxalq aləmdə cərəyan edən proseslərdə fəal iştirak etmək üçün hər bir dövlətin BMT-yə daxil olması əsas vəzifələrdən biridir.

Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlara uyğun inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar.

Müasir beynəlxalq münasibətlər sistemində baş verən bütün hadisələr və cərəyan edən meyllər dövlətin daxili və xarici vəziyyətinə bilavasitə təsir göstərir. Qloballaşma və dünya siyasətinin transmilliləşməsi, regional inteqrasiya, transmilli demokratiya, liberallaşma və başqa proseslərdə ölkənin vahid strateji yanaşma nümayiş etdirməsi və iştirakı bütün dünyada izlənilir və qiymətləndirilir.

Azərbaycan transmilli dünya siyasətində yaxından iştirak edir. Bu resursu qorumaq həm azərbaycanlıların öz hüquqlarının dolğun təmin olunmasında, həm də Vətənin mənafelərinin qorunmasında onlardan istifadə etmək xarici siyasətdə ən vacib prioritetlərdən biridir.

Azərbaycan Respublikası ilə beynəlxalq miqyasda müxtəlif fəaliyyət sahələri ilə bağlı məsələləri araşdırıb qərar qəbul etmək səlahiyyətinə malik olan mühüm təşkilatlardan biri olan BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və ölkəmizin öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olmuşdur.

Beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf, demokratikləşdirmə prosesində BMT-nin rolu mühüm əhəmiyyətə malikdir. Azərbaycan BMT-nin XXI əsrdə mövcud təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün bu qurumun çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir.

Azərbaycan 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunmuş və həmin il mayın 6-da ölkəmizin bu təşkilat nəzdində daimi nümayəndəliyi açılmışdır. Ölkəmiz bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə və təşkilatın potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.

Artıq bütün dünyaya məlumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. 1993-cü il ərzində BMT-nin Təhlükəsizlik Şurası (TŞ) Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının nəticələrinin aradan qaldırılması məqsədilə qəbul edilmişdir. Bu qətnamələr ölkəmizin ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.

Buna baxmayaraq, Azərbaycan 1993-cü ildən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyəti davam etdirir. Bu fəaliyyətin nəticəsində Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsini, qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan çox olmasını nəzərə alaraq BMT Baş Məclisinin 1993-cü ildə keçirilmiş 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” qətnamə qəbul etmişdir.

BMT-nin İnkişaf Proqramı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin fəaliyyətini dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT QAK, Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) layihələri həyata keçirməkdədir.

1992-1996-cı illər ərzində Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən, münaqişənin sülh yolu ilə həll olunmasına yönələn, ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyən bir sıra bəyanatlarla çıxış etmişlər. 1996-cı ildən başlayaraq BMT Baş Məclisi “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.

1994-cü və 1995-ci illərdə BMT Baş Məclisinin 49-cu və 50-ci sessiyalarında müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev ölkəmizin nümayəndə heyətinə başçılıq etmişdir. Ümummilli lider, həmçinin 2000-ci ilin sentyabrında BMT-nin Minillik zirvə toplantısında iştirak etmişdir. Ulu öndər çıxışında qloballaşma mövzusuna toxunmuş və onun müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir.

2003-cü ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Məclisinin 58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.

Hazırda BMT Azərbaycanda 19 ixtisaslaşmış agentlik və proqramı vasitəsilə idarəçiliyi yaxşılaşdıracaq, yoxsulluğun azaldılmasına nail olacaq, insan hüquqlarına hörmət edilməsini və gender bərabərliyini təmin edəcək, həmçinin insanların əsas sağlamlıq və təhsil ehtiyaclarını qarşılaya biləcək bir mühit yaradaraq ölkənin inkişafına dəstək göstərir.

Hazırda Azərbaycan BMT-nin müxtəlif layihə və proqramları yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edən bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq etməkdədir. Onların sırasında BMT-nin QAK, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət, Sənaye İnkişaf (SİN), Dünya Səhiyyə təşkilatları, BMT-nin Qadınlar Fondu, Beynəlxalq Atom Enerjisi Agentliyi və digərlərini qeyd etmək olar. Azərbaycan ilə BMT-nin Uşaq Fondu (UNİCEF) arasında əməkdaşlıq əsasən məcburi köçkün, qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. Azərbaycan müxtəlif illərdə UNİCEF-in icra heyətinin üzvü olmuşdur.

Azərbaycan Qadınların Statusu haqqında Komissiyanın qəbul etdiyi “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qətnaməsinin əsas himayəçisidir. Azərbaycan, eləcə də BMT İP və qurumun SİN ilə xüsusi əlaqələrə malikdir. Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, ölkəmiz BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə geniş əməkdaşlıq edir.

Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMT İP siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda təsirli inkişafını təmin etmək üçün Azərbaycan hökumətinə yardım edir. BMT İP, həmçinin struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq əlaqələrinə malikdir. Ölkəmiz 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü olmuşdur.

Son 4 ildə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin quruma Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir.

Münaqişələrin münbit şərait yaratdığı beynəlxalq terrorçuluqla mübarizəyə BMT çərçivəsində sistematik və razılaşdırılmış yanaşma olduqca vacibdir. Ölkələr arasında həll olunmamış münaqişələr, təcavüzkar separatçılıq meylləri terror fəaliyyətinin genişlənməsinə şərait yaradır. Dünya ictimaiyyəti münaqişələrin beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanan norma və prinsipləri əsasında həllinə çalışmalı, ölkələrə öz ərazilərində suverenliklərinin bərpasında yardım etməlidirlər.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlərlə əlaqədar BMT Baş Məclisinin qəbul etdiyi qətnamələrin müəlliflərindən biridir. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələr irəli sürmüşdür. Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (İHK) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilmişdir. İHK tərəfindən qəbul edilmiş bu qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, dünya ictimaiyyətinin diqqətini bu mühüm problemə yönəltmək məqsədini daşıyır. Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə fəal iştirak edir.

Anar Rzayev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır