“Boeing”in rəhbərinin vəzifədən gedəcəyi vaxt məlum olub
Bakı, 26 mart, AZƏRTAC
“Boeing” şirkətinin baş direktoru Deyv Kelhun ilin sonunda vəzifədən gedəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, Kelhunla eyni vaxtda şirkətin bir neçə vəzifəli şəxsi də yeniləri ilə əvəz olunacaq.
Qeyd edək ki, son aylarda baş verən texniki nasazlıqlar “Boeing” təyyarələrinə qarşı inamın azalmasına səbəb olub. Şirkətin maliyyə direktoru Brian Vest bildirib ki, şirkət illər uzunu daha sürətli təyyarələr hazırlamağı qarşısına məqsəd qoyaraq təhlükəsizliyi arxa plana atıb. İndi bu yanaşmanı dəyişmək vaxtı çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]