Boksçularımız Belarusda rekord vurub, medalların sayında ikiqat yüksəliş olub
Bakı, 17 avqust, AZƏRTAC
Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası yeni rekord vurub.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, komandamız bu uğura Belarusda keçirilən II MDB Oyunlarında imza atıb.
Yığmanın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş medal qazanıb. Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) Oyunları bürünc mükafatla bitiriblər. Bununla da I MDB Oyunları ilə müqayisədə medalların sayında ikiqat yüksəliş qeydə alınıb.
Komanda 4 gümüş və 6 bürünc medal əldə etməklə ikinci ilki də rəsmiləşdirib. Boksçularımız mükafat sayı ilə yanaşı, medalların əyarında da rekord müəyyənləşdirib. Bundan əlavə, Orşa şəhərində baş tutan yarışda qızlardan ibarət yığma 3 medalı 5-ə, oğlanlardan ibarət komanda 2 mükafatı 5-ə yüksəldib.
2 il öncə Rusiyanın Kazan şəhərində keçirilmiş I MDB Oyunlarında isə boksçularımızın qazancı 5 “bürünc” olub. Belarusda, həmçinin 4 gümüş medal əldə etməklə, mükafatların əyarında da ilk yaşanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]