Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bölgədə sülh istəməyənlər Zəfər savaşından dərs almasalar, tarix təkrarlana bilər

Bölgədə sülh istəməyənlər Zəfər savaşından dərs almasalar, tarix təkrarlana bilər

Bakı, 15 aprel, AZƏRTAC

Bu günlərdə Laçın istiqamətində baş verənlər bir daha göstərdi ki, Ermənistan çirkin planlarından əl çəkmək niyyətində deyil. Aprelin 11-də Gorus rayonun Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı bölmələrinin təxribatına ordumuz tərəfindən layiqli cavab verildi. Zəfər savaşında kapitulyasiyaya məcbur olan düşmən son vaxtlar ayrı-ayrı xarici ölkələrin hərbi və siyasi dəstəyi ilə yeni revanşa ümid edir. Fransanın diplomatik separatizminə və xaricdən alınan silahlara güvənən Ermənistan yenə də Azərbaycan dövlətinin qüdrəti qarşısında rəzil vəziyyətə düşdü. Hərbi təxribata ordumuzun layiqli cavabı bir sıra siyasi nəticələri də ortaya qoydu. Ermənistan bu dəfə də təxribatçı əməlini Azərbaycanın üzərinə atmağa çalışdı, amma bu iftira kampaniyası bir daha iflasa uğradı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.

F.İbrahimli bildirib ki, dünyanın mühüm informasiya agentlikləri bu hadisəni məhz Azərbaycanın öz suveren hüquqlarını müdafiə etməsi kimi qiymətləndirdi. Hərbi təxribatın hər iki ölkə rəhbərinin danışıqları davam etdirmək üçün ABŞ dövlət rəhbərliyi tərəfindən Vaşinqtona dəvət olunacağı barədə xəbərlər yayılan vaxtda baş verməsi bir daha onu göstərdi ki, Ermənistan sülh əldə olunmasında, problemin aradan qaldırılmasında maraqlı deyil. Bu isə, heç şübhəsiz, Paşinyan hökumətinin son vaxtlar yeganə istinad nöqtəsi bildiyi Qərb dairələrinin narazılığına səbəb oldu. Məhz bu səbəbdən Ermənistan Xarici İşlər Nazirliyinin hadisə baş verəndən sonra Avropa İttifaqının müşahidə missiyasının komandirini Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməsi üçün yalvarışları nəticəsiz qaldı. Avropa İttifaqı missiyasının alman rəhbəri hətta erməni hərbçilərin müşayiəti ilə kəndi ziyarət etməkdən boyun qaçırıb və bununla da Avropa İttifaqının missiyasına arxalanan İrəvanın xəyallarını puç etdi.

“İrəvan başa düşməlidir ki, onun arxalanacağı, dil tapacağı, razılaşacağı tək ünvan var - o da Azərbaycandır. Təəssüf ki, şovinist erməni rəhbərliyi hələ də bu həqiqəti dərk etmir və vəziyyəti daha da gərginləşdirir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgərə ermənilər tərəfindən işgəncə verilməsi bunun bir nümunəsidir. Cəbhədə və diplomatik masada tam məğlub olan işğalçı rejim sanki silahsız əsirdən qisas alır. Əslində ermənilər həmişə əsir və girov götürdüklərinə işgəncə verib, fiziki təzyiqlərə məruz qoyublar. Xocalı soyqırımını törədənlərdən bundan artığını gözləmək də sadəlövhlük olardı. Ancaq Azərbaycan ərazisinə oxşar səbəbdən keçən ermənilərlə həmişə xoş rəftar olunub və indiki olayda dünya bir daha erməni xislətinin gerçək üzünə şahid oldu”, - deyə parlament sədrinin müavini əlavə edib.

O vurğulayıb ki, Azərbaycan dövləti və ordusu təkbaşına bütöv bir orduya qorxu yaşadan Mübariz İbrahimovun nəşinin Vətənə gətirilməsinə, bayrağına həqarətin cəzasını verən Ramil Səfərovun azadlığına nail olmaqla, öz dədə-baba yurdlarını ziyarət etdikləri üçün əsir alınan Dilqəm Əsgərov və Şahbaz Quliyevi Vətənə qaytarmaqla gücünü sübut edib. İndi əsgərimizə qarşı edilənlər də cavabsız qalmayacaq. İndiki halda bizim cavabımız həm hüquqi, həm siyasi, həm də diplomatik çərçivədə verilir. Lakin həmin işgəncəni verənlər qat-qat artıq cəzalarını almalıdır. Vətən müharibəsində illərlə törədilən erməni vəhşiliyinin qisasını Azərbaycan Ordusu aldı. Ordumuz heç bir addımı cavabsız qoymayacaq. Əsgərlərimiz Vətənə qayıdacaq, amma bu gedişlə xəstə erməni şovinizminin icraçıları olan erməni əsgərlərinin xeylisi nəinki vətəni, hətta həyatları ilə vidalaşmalı olacaq. Bunu isə əgər analıq hissləri varsa, erməni anaları düşünməli və Fransanın, digər xarici güclərin boş bəyanatlarına güvənən Paşinyan hökumətindən övladlarının təhlükəsizliyini tələb etməlidir.

“Ermənilər dərk etməlidirlər ki, Azərbaycan heç bir halda şəhidlərinin bir damla qanını da yerdə qoymayacaq, bir qarış torpağını belə düşmənə verməyəcək. Azərbaycan təkcə Ermənistana qarşı yox, həm də onun havadarlarına qarşı mübarizə aparır. Amma dünyadakı qeyri-müəyyənliklərdən faydalanmaq istəyən güclər Azərbaycanın tək olmadığını da bilməlidirlər. Türkiyə öz qardaşı Azərbaycanla sonsuzadək birlikdədir. Azərbaycanla bağlı kirli və qanlı plan quranlar Şuşa Bəyannaməsini unutmasınlar. Onlar Türk dünyasını da gözardı etməməlidirlər. Bölgədə sülh istəməyənlər 44 günlük Vətən müharibəsindən ibrət dərsi almalı və ciddi nəticələr çıxartmalıdırlar. Əks təqdirdə, tarix təkrarlana bilər”, - deyə Fəzail İbrahimli qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib