Boliviya polisi Avropaya göndərilən 7,2 ton kokainin qarşısını alıb
Bakı, 19 mart, AZƏRTAC
Boliviya hüquq-mühafizə orqanları cinayətkarların Avropaya göndərməyi planlaşdırdıqları 7,2 ton kokain partiyasını müsadirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Boliviyanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə xüsusi bölməsi məlumat yayıb.
Boliviyanın daxili işlər naziri Karlos del Kastilon qeyd edib ki, bu, ölkə tarixində müsadirə edilmiş ikinci ən böyük kokain göndərişidir. Cinayətkarlar narkotikləri metal qırıntılarla yüklənmiş maşınlarda daşıyıblar. Yük Çilinin İkike limanına gətiriləcək və oradan da Belçikaya çatdırılacaqdı.
Hüquq-mühafizə orqanları kokainin dəyərini 451 milyon dollar qiymətləndirir.
Qeyd edək ki, yanvar ayında Boliviya polisi 8,7 ton kokain müsadirə etmişdi. Bu, indiyə qədər ölkə tarixində müsadirə edilmiş ən böyük narkotik partiyası idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]