Bosniya və Herseqovinada mədənçilər etiraz aksiyası keçirib
Sarayevo, 27 mart, AZƏRTAC
Bosniya və Herseqovinada yüzlərlə mədən işçisi etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Zenitsa şəhərindəki kömür mədənində çalışan işçilər maaşları verilmədiyi üçün paytaxt Sarayevoda etiraz aksiyası təşkil edib. Bosniya və Herseqovina Federasiyası Hökumətinin binası qarşısına toplaşan mədənçilər yanvar və fevral aylarının əməkhaqqını və əlavə ödənişləri hələ də almadıqlarını bildiriblər.
Tuzla şəhərindəki Kreka Mədəni Həmkarlar İttifaqının sədri Zuhdiya Tokiç ödənişlər verilmədiyi təqdirdə mədənçilərin ailələrinin iştirakı ilə daha böyük etiraz aksiyası təşkil edəcəklərini deyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]