Bosniya və Herseqovinada meşə yanğınları baş verib
Sarayevo, 3 sentyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın Serb Respublikasının müxtəlif bölgələrində meşə yanğınları olub.
AZƏRTAC xəbər verir ki, Vişeqrad şəhəri yaxınlığındakı poliqonda baş verən yanğının söndürülməsi üçün əraziyə mülki müdafiə qrupları cəlb olunub.
Bundan başqa, Srebrenitsa şəhərinin Polyançi-Stari qrad bələdiyyəsində və Foça bölgəsində meşə yanğınları baş verib. “Drina” Milli Parkının yaxınlığında baş verən yanğın parka təhlükə törətməyib. Yanğınsöndürmə briqadaları alova müdaxilə edib.
Hər üç yanğın helikopter müdaxiləsi sayəsində lokallaşdırılıb. Yanğınlar ev təsərrüfatları üçün təhlükə yaratmayıb, lakin maddi ziyan qeydə alınıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]
Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
- 14.10.2026 [12:11]