Böyük Britaniya Ukrayna üçün PUA əleyhinə minlərlə texnika istehsal edəcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Böyük Britaniya kütləvi şəkildə dron vuran texnika istehsal edəcək və onlardan minlərləsini Ukraynaya göndərəcək.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin press-relizində Londonda “Ukrayna sənayesi ilə birlikdə ən müasir hərbi texnika istehsal olunacağı” bildirilir. Qeyd edilir ki, ilk birgə layihə təkmilləşdirilmiş “OCTOPUS” adlı pilotsuz uçuş aparatını məhv edən drondur. Onların hər ay min ədəd istehsal olunaraq Kiyevə göndərilməsi planlaşdırılır.
“OCTOPUS” dronu Ukraynada britaniyalı mütəxəssislərin dəstəyi ilə layihələndirilib. Məlumatda vurğulanır ki, onun istehsal dəyəri “qarşısını almaq üçün nəzərdə tutulduğu” PUA-ların istehsal xərclərinin cəmi 10 faizini təşkil edir. Böyük Britaniyanın müdafiə naziri Con Hili layihəni “öz növündə ilk” adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]