Böyük Britaniyada fəallar İlon Maskın enerji bazarına giriş planlarına qarşı çıxıblar
London, 20 avqust, AZƏRTAC
Britaniyada minlərlə fəal amerikalı milyarder İlon Maskın Böyük Britaniyanın enerji bazarına daxil olmaq niyyətinə qarşı kampaniya başladıb.
AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, onlar ölkənin enerji tənzimləyicisi “Ofgem”i İlon Maskın planlarını bloklamağa çağırıblar.
“Best for Britain” adlı kampaniya qrupu artıq 8 mindən çox etiraz məktubu toplayıb. Məktublarda Maskın enerji üzərində nəzarətini artırmasına imkan verilməməsi tələb olunur. Etirazlar “Tesla” şirkətinin yaxın aylarda Böyük Britaniyada öz elektrik təchizatçısını istifadəyə vermək planlarına cavab olaraq ortaya çıxıb. Bu, “Octopus Energy” və “British Gas” kimi mövcud enerji şirkətləri ilə rəqabət yaradacaq.
“Tesla”nın Britaniya evlərinə elektrik satmaq planları ilk dəfə bu ayın əvvəlində dərc olunmuşdu. Məlumata görə, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Ofgem”ə elektrik təchizatı lisenziyası üçün müraciət edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]