BÖYÜK BRİTANİYADA NOVRUZ BAYRAMI QEYD EDİLƏCƏKDİR
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlik İngiltərə-Azərbaycan Cəmiyyəti və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti ilə birlikdə martın 23-də Londonda təntənəli tədbir təşkil edəcəkdir.
Böyük Britaniya hökuməti nümayəndələrinin, parlament üzvlərinin, şirkətlərin və qeyri-hökumət təşkilatları təmsilçilərinin və burada yaşayan soydaşlarımızın iştirak edəcəyi tədbir ilk dəfə olaraq Böyük Britaniya parlamentində keçiriləcəkdir.