Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
London, 28 avqust, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Keir Starmer Böyük Britaniya-Aİ münasibətlərini bərpa etmək məqsədilə Berlinə səfər edib.
AZƏRTAC xəbər verir ki, bu gün o, Almaniya Kansleri Olaf Şolts ilə görüşüb. Liderlərin Ukraynaya dəstək, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və qeyri-qanuni miqrasiya ilə bağlı birgə tədbirlərin artırılmasını müzakirə edəcəyi gözlənilir. Keir Starmer Olaf Şoltsdan əvvəl Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə də görüşüb.
Keir Starmer daha sonra Paralimpiya Oyunlarının açılış mərasimində iştirak üçün Fransaya səfər edəcək. Onun Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]