“Böyük dəbilqə” turnirində Azərbaycanı 17 cüdoçu təmsil edəcək
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 23-25-də Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan “Böyük dəbilqə” turnirində Azərbaycan komandasının heyətində 17 cüdoçu mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri və Camal Feyziyev (100 kiloqramdan yuxarı) kişilərin yarışında mübarizə aparacaqlar.
Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) qadınlar arasında təşkil edilən yarışda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarışda idmançılar “Tokio-2020” Olimpiadasına reytinq xalları da qazanacaqlar. Yarışda 80 ölkədən 624 cüdoçu iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]
“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb
- 12.06.2026 [12:14]
Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək
- 12.06.2026 [11:52]
Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb
- 12.06.2026 [11:44]
Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb
- 12.06.2026 [11:04]