BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ QƏLƏBƏNİN 60-CI İLDÖNÜMÜNÜN QEYD OLUNMASI DÜNYA ƏHƏMİYYƏTLİ TƏNTƏNƏYƏ ÇEVRİLMƏLİDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya XİN kollegiyası bayrama həsr olunmuş beynəlxalq tədbirlərin hazırlanması və keçirilməsi ilə əlaqədar diplomatik xidmətin vəzifələri haqqında məsələ müzakirə etmişdir.
RF Xarici İşlər Nazirliyi bildirmişdir ki, Qələbənin yubileyinə hazırlıq XİN-in və Rusiyanın xaricdəki diplomatik və konsulluq idarələrinin fəaliyyətində əsas istiqamətlərdən biri kimi qiymətləndirilir. Qələbənin yubileyinin bayram edilməsi çərçivəsində beynəlxalq tədbirlərin hazırlanması və keçirilməsinin siyasi-diplomatik təminatı üçün konkret tədbirlər nəzərdə tutulmuşdur.
Kollegiyanın iclasında qeyd olunmuşdur ki, Qələbənin 60 illiyinin bayram edilməsi ümumdünya əhəmiyyətli təntənəyə çevrilməli, qlobal xarakter daşıyan təhlükəli hallar - beynəxalq terrorizm və digər təhdid və hədələr qarşısında bəşəriyyətin birləşməsi əlaməti altında keçməlidir. Bildirilmişdir ki, müharibə illərində Rusiya xalqının, keçmiş SSRİ-nin bütün xalqlarının göstərdikləri böyük hünər haqqında tarixi həqiqətin təsbit olunması, bu tarixi yenidən yazmaq cəhdlərinin qarşısının qətiyyətlə alınması Rusiya diplomatiyasının mühüm vəzifəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]