Azərbaycan Dövlət İnformasiya Agentliyi

BQXK-nın öz prinsiplərinə zidd davranışı: Erməni maraqlarına xidmət

BQXK-nın öz prinsiplərinə zidd davranışı: Erməni maraqlarına xidmət

Bakı, 11 sentyabr, Elmir Səftərov, AZƏRTAC

Beynəlxalq humanitar təşkilatları digər qurumlardan fərqləndirən əsas cəhət siyasi tərəf müqabili olmaması, hər hansı dövlətin marağına xidmət etməməsidir. Hazırkı mürəkkəb geosiyasi situasiyada nizamnaməsində “müstəqil” qeyd olunan təşkilatların əksəriyyətinin Qərb təsisatlarının maraqlarına uyğun davrandığının şahidi oluruq. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də bu qəbildəndir. Belə ki, sentyabrın 9-da Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili (RQXC) Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə ərzaq çatdırmaq məqsədilə Ağdam-Əsgəran yolu ilə Xankəndi şəhərinə getmək üçün yola çıxmışdı. Humanitar yükün sentyabrın 10-da Xankəndi istiqamətinə keçidi nəzərdə tutulmuşdu. Amma məlum olduğu kimi, TIR-ın göndərilən ünvana çatdırılmasına Qarabağ iqtisadi rayonunda olan separatçılar və BQXK tərəfindən süni maneələr yaradılır. Buradan belə bir sual yaranır. Qarabağda yaşayan erməni əsilli sakinlərin, özləri dedikləri kimi, əgər həqiqətən də ərzağa ehtiyacları varsa, bəs niyə Azərbaycanın 14 gündür buraxılmayan, Rusiyanın isə sentyabrın 10-da çatdırmalı olan humanitar yüklərini qəbul etmirlər? Bunun cavabı isə çox sadədir. Görünən odur ki, Qarabağda, ermənilərin dediyi kimi, heç də "humanitar böhran" yaşanmır. Sadəcə, separatçılar "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsindən öz istəklərinə uyğun istifadə etmək və əvvəlki kimi, yoldan qanunsuz məqsədlər üçün faydalanmaq istəyirlər. Çünki Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan qanunsuz erməni silahlılarının maddi-texniki bazası gücləndirilməlidir ki, onların varlığı mövcud olsun. Bu da ölkəmizə qarşı birbaşa təhdid vasitəsidir və bölgədə separatçılığın davam etməsini təşviq edir.

Həmin qanunsuz erməni birləşmələri isə yenidən təxribatlara əl ataraq ərazilərimizdə minalar basdırır, Ordumuzun mövqelərini mütəmadi olaraq atəşə tuturlar. Lakin dövlətimiz öz suveren ərazilərində bu cür qanunsuz hərbi birləşmələrin mövcudluğuna imkan verməyəcək. Son proseslər də Azərbaycanın bu mövzuda qətiyyətli olduğunu sübut edir. Görünür ki, bu prosesdə Ermənistan tək deyil, onlara bəzi Avropa dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstək göstərilir.

Diqqətçəkən digər məsələ isə Ermənistanın Rusiyaya ümidsiz və inamsız yanaşma sərgiləməsi ilə bağlıdır. Ermənistanın və erməni xalqının inamsızlığı 44 günlük Vətən müharibəsindən sonra daha da dərinləşdi və bu, hələ də davam edir. Hiss olunur ki, Ermənistan özünə yeni dayaqlar axtarır, ona görə də Rusiya hərbi bazasını və hərbiçilərini çıxarmaq niyyətindədir. Yəqin ki, Fransa başda olmaqla, bəzi Qərb dövlətlərindən şirin vədlər alan Ermənistan həmin qüvvələrin ambisiyalarını bölgəyə daşımaq niyyəti güdür. Həmçinin BQXK və onun Qərb himayədarları Ermənistana təlqin edirlər ki, Rusiyadan gələn yükləri qəbul etsən, eyni yolla Azərbaycandan göndərilən yardımı da almaq məcburiyyətində qalacaqsan. Bu kimi səbəblərə və bölgədə böyük dövlətlərin maraqlarının kəsişdiyinə görə vəziyyət çıxılmaz xarakter alıb. Amma Rusiyanın göndərdiyi humanitar yük Ağdam-Xankəndi yolundan buraxılsa belə, bu, Azərbaycanın öz prinsiplərindən geri çəkilməsi anlamına gəlməməlidir.

Yaranmış vəziyyətdə toxunulmalı olan digər məqam isə BQXK-nın öz nizamnaməsinə uyğun davranmaması ilə bağlıdır. Qarşılıqlı anlaşmanı, bütün xalqlar arasında dostluğu, əməkdaşlığı və davamlı sülhü təşviq etməli olan, milli, irqi, dini inanclara görə ayrı-seçkiliyə yol verməmək barədə öhdəlik götürən BQXK bu gün öz prinsiplərinə zidd davranış sərgiləyir. Belə ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi ikili standartlar nümayiş etdirərək həm Qərb dairələrinin, həm də Ermənistanın maraqlarına cavab verən addımlar atır. Məsələn, Fransanın ölkəmizlə razılaşdırmadan, suveren ərazilərimizdən keçməkdən ötrü icazə almadan Azərbaycanın Qarabağ iqtisadi rayonuna yardım göndərməsinə BQXK tərəfindən heç bir təsir göstərilmir, hətta dəstək ifadə olunur. Amma Rusiyanın ölkəmizlə razılaşdıraraq Azərbaycanın təklif etdiyi yoldan apardığı humanitar yükün çatdırılmasına süni maneələr yaradılır. Əgər BQXK 1949-cu il Cenevrə Konvensiyasına, öz mandatına və nizamnaməsinə əməl edirsə, nəyə görə ölkəmizin qanunvericiliyinə uyğun davranmır? Bu qurum, sadəcə olaraq, nüfuzlu Avropa dövlətlərinin maraqlarına xidmət edir, onların istəklərini yerinə yetirir. Humanitar qurumun bu cür davranışı dünyada insanların güvənlə yaşamasına, həyat və sağlamlıqlarının qorunmasına da təhdiddir.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO