Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.