Braziliyalı futbolçu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb
Bakı, 5 may, AZƏRTAC
İngiltərənin "Fulhem" komandasının oyunçusu Villian Premyer Liqada rekorda imza atıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi Cənubi Amerikadan olan futbolçular arasında İngiltərə çempionatında oyun sayına görə (326) birinci olub. O, bunu “Aston Villa”ya 0:1 hesabı ilə uduzduqları matçda meydana çıxmaqla reallaşdırıb. Braziliya millisinin sabiq üzvü bu göstəricidə 2006-2019-cu illərdə "Uiqan" və "Mançester Yunayted"in heyətində Premyer Liqada 325 görüş keçirən ekvadorlu Antonio Valensiyanı qabaqlayıb.
Qeyd edək ki, Villian İngiltərədə “Çelsi” və “Arsenal” klublarının da formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]