Britaniya döyüşünün sonuncu sağ qalan pilotu 106 yaşında vəfat edib

London, 18 mart, AZƏRTAC
Britaniya döyüşündə (Battle of Britain) iştirak edən sonuncu sağ qalan pilot, qrup kapitanı Con Heminqvey 106 yaşında dünyasını dəyişib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, 1919-cu ildə Dublində anadan olan Heminqvey ömrünü hərbi xidmətə həsr edib. O, 1938-ci ildə Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) qoşulub və tezliklə Fransa döyüşündə vuruşan gənc pilotlardan biri olub. İki il sonra, o, Britaniya döyüşündə iştirak edib.
Şahzadə Uilyam və Baş nazir Kir Starmer C. Heminqveyin vəfatı ilə bağlı başsağlığı verənlər arasında olub.
Britaniya döyüşü (Battle of Britain) İkinci Dünya müharibəsinin ən mühüm hava döyüşlərindən biri olub. 1940-cı ilin iyul-oktyabr aylarında Böyük Britaniya ilə Nasist Almaniyası arasında baş verən bu döyüş, Avropanın gələcəyini müəyyən edən əsas hadisələrdən biri kimi tarixə düşüb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [16:46]
Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
- 25.04.2025 [16:24]
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
- 25.04.2025 [16:19]
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb
- 25.04.2025 [16:10]
Gürcüstanda sərnişin qatarında yanğın olub
- 25.04.2025 [15:51]
Pakistan Hindistanın şimalındakı hücumda iştirakını inkar edib
- 25.04.2025 [15:33]
İsveçdə yeni vətəndaşlıq alanların sayının xeyli azalacağı gözlənilir
- 25.04.2025 [15:29]