DÜNYA
Britaniya həkimləri dəri xərçəngi ilə bağlı həyəcan təbili çalırlar
![](/files/galleryphoto/2023/2/1200x630/16887194564425628992_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16887194563583064085_1200x630.jpg)
Bakı, 7 iyul, AZƏRTAC
1960-cı ildən bu yana Böyük Britaniyada tətbiq olunan ucuz tətil paketləri sayəsində dəri xərçəngi xəstəliyinə yoluxanların sayı rekord həddə çatıb.
AZƏRTAC “The Independent” agentliyinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xərçəng Araşdırmaları Mərkəzi məlumat yayıb. İnsanları xəstəliklə bağlı ehtiyatlı olmağa çağıran Mərkəz bu xəstəliyin gələcək illərdə daha da artacağı qənaətindədir. Tibb mütəxəssisləri əhali arasında dəri xərçənginə yoluxma hallarının xüsusilə 2017-2019-cu illərdə daha da artdığını deyirlər.
Qeyd edək ki, dəri hüceyrələrinin anormal böyüməsi nəticəsində yaranan dəri xərçəngi ən çox günəşə məruz qalan dəridə meydana gəlir. Dəri xərçənginin bazal hüceyrəli karsinoma, skuamoz hüceyrəli karsinoma və melanoma olmaq üzrə üç əsas növü mövcuddur. Dəri xərçəngi onkoloji xəstəliklər sırasında rastgəlmə tezliyinə görə 3-cü yerdə qərar tutur. Dəri xərçəngi, əsasən bədənin açıq hissələrində yaranır, şişlərin 70 faizi isə üz nahiyəsində inkişaf edir.