Britaniya hökuməti milli təhlükəsizliyə təhdidlərin siyahısını yeniləyib
Bakı, 3 avqust, AZƏRTAC
Böyük Britaniya milli təhlükəsizlik sahəsində yaxın zamanlarda üzləşə biləcəyi təhdidlərin siyahısını yeniləyib.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında dərc olunan sənədə əsasən, siyahıya Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropanın elektrik enerjisi təchizatında yarana biləcək fasilələrin, sualtı telekommunikasiya kabellərinə hücumların, həmçinin süni intellekt texnologiyalarından istifadə ilə bağlı problemlərin də daxil olduğu 89 bənd əlavə edilib.
Ölkənin milli təhlükəsizliyinə ən çox gözlənilən təhdidlər arasında terror hücumları, maliyyə sektorunun kritik infrastrukturunda uğursuzluqlar, təbii fəlakətlər, Böyük Britaniyanın NATO üzvü olmayan müttəfiqlərinə qarşı hücumlar və sair yer alır. Birləşmiş Krallığın hakimiyyət orqanlarının hesablamalarına görə, bütün bu risklər 25 faizlik ehtimala malikdir.
“Financial Times” qəzetinin məlumatına görə, Britaniya hökuməti təhdidlər siyahısını 2020-ci ildən bəri ilk dəfədir yeniləyir. Risklər barədə hökumətin ilk hesabatı 2008-ci ildə dərc olunmuşdu. Həmin sənəddə ölkənin qarşısında duran təhlükələr üç əsas göstərici - həlak olanların və xəsarət alanların sayı və mümkün iqtisadi zərərin həcmi əsasında qiymətləndirilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]