Britaniya parlamenti qeyri-leqal miqrasiya barədə qanun layihəsini təsdiqləyib
Bakı, 18 iyul, AZƏRTAC
Böyük Britaniya parlamenti qeyri-leqal miqrasiya haqqında qanun layihəsini qəbul edib. Bu qanun hakimiyyət orqanlarına Birləşmiş Krallığa qanunsuz yolla daxil olan və sığınacaq üçün müraciət edən mühacirləri ölkədən çıxarmağa imkan verəcək.
AZƏRTAC xəbər verir ki, aprel ayında İcmalar Palatasında təsdiqlənən qanun layihəsi iyulun 18-də Lordlar Palatasının da dəstəyini qazanıb. Kral III Çarlz layihəni imzaladıqdan sonra qanun qüvvəyə minəcək.
Hər il artan qanunsuz miqrasiya problemini həll etmək məqsədi daşıyan qanun layihəsi hökumət tərəfindən 2023-cü ilin martında təqdim edilib. Qanun qüvvəyə minəcəyi təqdirdə Böyük Britaniya Daxili İşlər Nazirliyinə qeyri-leqal mühacirləri həbs etmək, sığınacaq üçün müraciətlərinə baxmamaq və üçüncü ölkələrə deportasiya etmək hüququ verəcək.
Qanun layihəsi BMT-nin sərt tənqidinə tuş gəlib. İnsan Hüquqları və Qaçqınların İşi üzrə ali komissarlıqların birgə bəyanatında Londonun qanunvericilik təşəbbüsü “Birləşmiş Krallığın beynəlxalq insan haqları və qaçqınların hüquqları üzrə öhdəliyini pozmaq” kimi dəyərləndirilib.
Qeyd edək ki, hakim Mühafizəkarlar partiyasının qeyri-leqal miqrasiya ilə mübarizə barədə vədlərinə baxmayaraq, son beş ildə La-Manş boğazını keçərək ölkəyə daxil olan mühacirlərin sayı durmadan artır. Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ildə ölkəyə dəniz yolu ilə 299 qanunsuz daxilolma faktı qeydə alınmışdısa, 2019-cu ildə 1,8 min, 2020-ci ildə 8,4 min, 2021-ci ildə 28,5 min, 2022-ci ildə isə 45,7 min nəfər bu yoldan istifadə edib. Rəsmi statistikaya əsasən, qeyri-leqal mühacirlərin saxlanılması britaniyalı vergiödəyicilərinə gündə 6 milyon funt-sterlinqə başa gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
- 11.06.2026 [10:36]
Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb
- 11.06.2026 [10:25]
Küveyt hava məkanını yenidən açıb
- 11.06.2026 [06:21]
Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir
- 11.06.2026 [05:49]
Çində partlayış nəticəsində 7 nəfər ölüb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]