BRİTANİYA POLİSİ ATROPİN İYNƏLƏRİ İLƏ “SİLAHLANIR”
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, terrorçuların mümkün ola biləcək kimyəvi hücumları ilə əlaqədar Britaniya polisinə 7 min atropin iynəsi paylanmışdır. Polisin nümayəndəsi Kolin Smit bildirmişdir ki, dərmanların paylanması heç də hansısa konkret təhlükə ilə bağlı deyildir. Onun sözlərinə görə, bu tədbir terrorçuların hər hansı kimyəvi, bioloji və nüvə hücumlarına polisin daha hazır vəziyyətdə olması məqsədi ilə görülmüşdür. O demişdir: “Əsas məqsəd zərurət yarandığı halda polisin insanlara dərhal kömək edə bilməsidir”.
Polislər atropindən istifadə olunması haqqında dəqiq təlimatlar almışlar. Təlimata əsasən, bu iynənin tətbiqinə yalnız terrorçular sinir-iflic qazının müəyyən növündən istifadə etdikləri zaman icazə verilir. Əks halda, atropin insanın sağlamlığına ziyan vura bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]