Britaniya səfiri: Azərbaycan nəhəng yaradıcı potensiala malik ölkədir
Bakı, 24 fevral, AZƏRTAC
Altı aydır ki, Azərbaycandayam. Sahibkarlıq sahəsində Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf etməkdədir. Biz Azərbaycanda iqtisadi sahəyə də töhfə vermişik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "British Council”in təşkilatçılığı ilə keçirilən “Creative Spark” proqramının yekun Forumunda Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld söyləyib.
O, Azərbaycanın nəhəng yaradıcı potensiala malik ölkə olduğunu vurğulayıb.