Britaniya yüksəkrütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir
London, 20 mart, AZƏRTAC
Bu gün Britaniya yüksəkrütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, görüşdə Ukrayna üçün nəzərdə tutulan sülhməramlı qüvvə ilə bağlı planların müzakirə ediləcəyi gözlənilir. Təxminən 20-dən çox ölkə bu müzakirələrə qatılacaq. Baş nazir Kir Starmerin günortadan sonra görüşə qoşulacağı gözlənilir. O, bundan əvvəl Barro şəhərinə səfər edərək Britaniyanın yeni nəsil nüvə başlıqlı sualtı qayığının inşasında əsas hissənin qoyulması mərasimində iştirak edəcək.
Qərb dövlətlərinin rəhbərliyi ilə Ukrayna üçün sülhməramlı qüvvə planlarının artıq əməliyyat mərhələsinə keçdiyi bildirilir. Britaniya və Fransanın rəhbərlik etdiyi “istəkli koalisiya”nın üzvü olan ölkələrin yüksək rütbəli hərbi zabitləri Böyük Britaniyanın Northwood şəhərində yerləşən daimi birgə qərargahında bu qüvvənin fəaliyyət mexanizmlərini müzakirə edəcəklər. Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Lyuk Pollard bildirib ki, bu koalisiyanı “inandırıcı qüvvə” kimi formalaşdırmaq istəyirlər. Onun sözlərinə görə, bu qüvvə Ukraynaya davamlı sülhə nail olmaq, eləcə də yenidən qurulmaq və silahlanmaq imkanı verəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]