Brüsseldə Novruz şənliyi keçirilib
Brüssel, 19 mart, AZƏRTAC
Belçikanın paytaxtı Brüssel şəhərində “Fireland” Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən səfir Vaqif Sadıqov icma üzvlərinə bayram münasibətilə təbriklərini çatdırıb.
Şənlikdə Novruz bayramının ənənələrinə uyğun olaraq yumurta boyanması, şəkərbura və paxlava bişirilməsi barədə ustad dərsləri təşkil olunub, uşaqlara yumurta döyüşdürmək, papaq atmaq və yallı getmək öyrədilib.
Belçikada yaşayan azərbaycanlı uşaqlar öz ifaları ilə tədbirə rəng qatıblar. Yeni yaranmış “Fireland” rəqs qrupunun çıxışı alqışlarla qarşılanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel