Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura start veriləcək
Bakı, 12 avqust, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında ikinci turun oyunları start götürəcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.
Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.
Günün digər oyununda isə “Zirə” evdə “Kəpəz”lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.
İlk turdan sonra hərəyə 3 xalı olan bu iki kollektiv 4-5-ci yerləri bölüşdürürlər.
Qeyd edək ki, turun “Qarabağ” - “Turan Tovuz” və “Sumqayıt” - “Sabah” görüşləri avqustun 13-də, “Neftçi” - “Səbail” matçı isə avqustun 14-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]