Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanına 4330 nəfər dəvət olunub
Bakı, 19 iyun, AZƏRTAC
Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 19-da keçirilən imtahanda coğrafiya fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimləri iştirak edirlər.
Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər dəvət olunub.