Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bu gün Şuşada türk dünyasının ən yeni tarixi yazılır

Bu gün Şuşada türk dünyasının ən yeni tarixi yazılır

Bakı, 15 iyun, AZƏRTAC

Adətən bir xalqın, bir ölkənin taleyində xüsusi əhəmiyyət kəsb edən əlamətdar günləri tarixi gün adlandırırlar. Necə ki, iyun ayının 15-i Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən tarixi günlərdən biridir. 1993-cü ilin məhz bu günündə ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Artıq 25 ildir ki, Azərbaycan xalqı bu günü ümumxalq bayramı olaraq böyük təntənə ilə qeyd edir. Lakin bundan sonra, gələcək nəsillər iyunun 15-ni yalnız bir tarixi gün kimi deyil, həm də bütün Türk dünyasının ən yeni tarixinin bir başlanğıc nöqtəsi kimi də qeyd edəcəklər. Bu gün, 2021-ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, türk mədəniyyətinin beşiyi olan Şuşada, sözün əsl mənasında, tarix yazırlar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Deputat vurğulayıb ki, Türkiyə Prezidentinin Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin həqiqətən də ən yüksək səviyyədə olmasının ən bariz göstəricilərindən biridir. O bildirib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri həqiqətən də həm ölkələrimiz üçün, həm də bütün türk dünyası üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bir tarixi hadisədir. Nəzərə alsaq ki, Prezident Ərdoğan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə səfər edir, o zaman səfərin günü və təyinat nöqtəsi seçiminin heç də təsadüfi olmadığını əminliklə demək mümkündür. Heç şübhəsiz, Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olması məsələsinə bir daha aydınlıq gətirdi və faktın müzakirəyə belə açıq olmadığını bütün dünyaya nümayiş etdirdi. Türkiyə Prezidentinin Şuşaya səfəri isə Azərbaycanın arxasında qardaş ölkənin timsalında belə bir böyük gücün dayandığının və artıq bu ölkələr arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çevrildiyinin növbəti təsdiqi oldu. Səfərin məhz 15 iyun tarixində baş tutmasını isə bu əlamətdar günün Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğuna işarə kimi qəbul etmək lazımdır. Ulu Öndərin dühasından doğan Qurtuluş yolunun bu gün bütün türk dünyasının yeni formatda birliyinə aparan bir başlanğıc olması Heydər Əliyev siyasi kursunun bundan sonra da bütün bəşəriyyətin rifahına, inkişafına misilsiz töhfələr verəcəyini göstərir”.

Azərbaycan ilə Türkiyə arasında imzalanan sənədlərin əhəmiyyətindən danışan S.Möhbalıyev deyib: “Azərbaycan və Türkiyə münasibətləri daim inkişaf edir, möhkəmlənir. Prezident Ərdoğanın Şuşaya səfəri zamanı da dövlətlərimiz arasında vacib sənəd imzalandı. Məlumdur ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq tamamilə yeni bir mərhələyə keçib. Heç şübhəsiz, imzalanan Şuşa Bəyannaməsi də bu tərəfdaşlığın hüquqi əsaslar üzərində bazasının yaradılmasına xidmət edəcək. Bir sözlə, Azərbaycan və Türkiyə prezidentləri bu gün Şuşada Bəyannamə imzalamaqla yeni tarix yazdılar və bu tarix bütün türk dünyasının həm nüfuzunun, həm də qüdrətinin daha da artması ilə əlamətdar olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Panama kanalında suyun səviyyəsi azalır

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakıda “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” mövzusunda tədbir təşkil olunub

"Asiya uşaqları" Oyunları: Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır

Laçında hind filmi çəkiləcək

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ekologiyası haqqında biblioqrafik göstərici nəşr edilib

Azərbaycan güləşçilərinin Olimpiada hazırlığı: Hədəf yüksək nəticələr qazanmaqdır

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Pedaqoji Universitetdə kadr potensialı gəncləşdirilir - statistika

Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi - vebinar

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Həkim-pediatr: Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Everest dağında qar və buzların əriməsi nəticəsində qorxunc mənzərə üzə çıxıb

Gələn il Bakıda investisiya forumu keçiriləcək

KIV: Polşa ordusu icazəli silahı olan vətəndaşları əməkdaşlığa cəlb edir

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı olub

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb

Külli miqdarda narkotik vasitənin Xəzər dənizi vasitəsilə ölkəmizə keçirilməsinin qarşısı alınıb

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır

Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Viktor Orban Ursula Fon der Lyayenin əleyhinə səs verib

TƏBİB-də “Açıq qapı” günü keçirilib

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Monqolustanda parlament seçkiləri keçirilir

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər təsdiqlənib

Fermer Qadınların Respublika Platforması yaradılacaq

“Laçın Könüllüləri” qrupuna qeydiyyat başlayıb

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

TƏBİB-in “815” saylı Çağrı mərkəzinə bir gündə 700-800 müraciət daxil olur

“Neftçi” daha bir futbolçu ilə vidalaşıb

Lənkəranda texniki təhlükəsizlik mövzusunda müşavirə keçirilib

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Şuşada gənclərin turizm peşə hazırlığı mərkəzi açılacaq

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib VİDEO

Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb

“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb

Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir

Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib YENİLƏNİB VİDEO

“Qarabağ” akademiyasının koordinatoru: Azərbaycanda Avropa səviyyəsinə qalxa biləcək futbolçular var - MÜSAHİBƏ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Rəsulzadə

Göyçay çayına gələn sel Cəyirli kəndində əkin sahələrini yarasız hala salıb VİDEO

Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Nazir müavini: Könüllülük fəaliyyətləri ölkəmizdə gedən proseslərin güzgüsüdür

FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub

Azərbaycan Yaponiya ilə icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi edib

Peru sahillərində 7,2 bal gücündə zəlzələ baş verib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üzrə müsahibənin nəticələri açıqlanıb

Həkim: Çimərlik üçün ən optimal vaxt saat 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır

DİM: 2500-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə test imtahanı verəcək

“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb

İranın Ali Rəhbəri növbədənkənar prezident seçkilərində səs verib

FHN: Hacıqabulun subasmaya məruz qalan ərazilərində təxirəsalınmaz tədbirlər görülür VİDEO

BANM rektoru əcnəbi tələbələrlə görüşüb

BMT-nin Baş katibi: Bakıda keçiriləcək COP29-da qətiyyətli addımlar atılmalıdır, əks halda, dünya uçuruma yuvarlanacaq

May ayında sosial müavinət və təqaüd alanlar 850 minə yaxın olub

Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

CNN: Baydenin debatdakı çıxışı demokratları məyus edib

Bu il Cəbrayıl şəhərinə və rayonun bir neçə kəndinə köç planlaşdırılır

Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, azı 13 nəfər ölüb

Hikmət Əlizadə: Son üç ildə ölkədə məişət tullantılarının idarə olunması ilə bağlı 4 mindən çox pozuntu halı qeydə alınıb

Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası”nda yaxın vaxtlarda bir neçə müəssisə fəaliyyətə başlayacaq

İndiyədək Ağdam Sənaye Parkında 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

Azərbaycan çempionu Monteneqro millisinin qapıçısını transfer edib

Zəngilanda 2 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

İranda növbədənkənar prezident seçkiləri keçirilir

TƏBİB-ə daxil olan müraciətlərin sayı açıqlanıb

ADA Universitetində ingilis dili müəllimlərinin konfransı keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib, intizam icraatı üzrə işlərə baxılıb

Milli Məclis 15 məsələnin müzakirəsinə başlayıb

E-sosial.az portalının 1 milyon 553 mindən çox aktiv istifadəçisi var

Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyi ilə əlaqədar videoçarx hazırlanıb