Bu gün “UEFA U-17” Avropa çempionatında daha dörd görüş keçiriləcək
Bakı, 6 may, AZƏRTAC
Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində birinci turun daha dörd qarşılaşması oynanılacaq.
AZƏRTAC xəbər verir ki, “C” və “D” qrupunun komandaları ilk oyunlarına çıxacaqlar.
Günün ilk matçında “C” qrupunda çıxış edən İtaliya millisi Serbiya komandası ilə görüşəcək. İştirakçı olduqları bütün yaş qruplarındakı turnirlərin favoritlərindən sayılan İtaliya millisi bu dəfə də daha şanslıdır. Görüş Suraxanı qəsəbə stadionunda keçiriləcək və qarşılaşmaya saat 14:00-da start veriləcək.
“C” qrupunun 15:30-da başlayacaq oyunu isə Şüvəlandakı “Dalğa Arena”da Hollandiya və İspaniya milli komandaları arasında keçiriləcək. Matçın olduqca gərgin keçəcəyini proqnozlaşdırmaq olar.
Saat 19:00-da isə “D” qrupunun iki oyununa eyni vaxtda start veriləcək. “Dalğa Arena”da Fransa ilə Danimarka, Suraxanı qəsəbə stadionunda isə İngiltərə ilə İsveç üz-üzə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]