BU İL AĞDAŞDA ƏKİN SAHƏLƏRİ 5 MİN HEKTARA YAXIN GENİŞLƏNDİRİLMİŞDİR
Ağdaş, 2 sentyabr (AZƏRTAC). Ağdaş rayonunda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində mühüm işlər görülür. Dövlət qayğısından bəhrələnən ağdaşlı fermerlər və torpaq mülkiyyətçiləri əkilən sahələri ildən-ilə genişləndirir, bol məhsul əldə edirlər. Rayonda cari ilin məhsulu üçün 39 min 890 hektar sahədə yazlıq və payızlıq kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bu da ötən ildəkindən 4.995 hektar çoxdur.
Rayonun əkinçiləri bu il 15 min 561 hektar taxıl sahəsindən 46 min 853 ton məhsul götürmüşlər. Torpaq mülkiyyətçiləri bugünədək 17 min tona yaxın pomidor, xiyar, paxla, badımcan və digər tərəvəz məhsulları yığaraq ölkənin müxtəlif bazarlarına göndərmişlər. Bundan əlavə, rayonda indiyədək 8 min tondan artıq meyvə tədarük edilmişdir.
Hazırda kəndlilər meyvə-tərəvəz və bostan məhsullarının yığımını davam etdirməklə yanaşı, pambıq, çəltik, payızlıq kələm, nar, heyva və xurma yığımına hazırlaşırlar. Əkin sahələrinə və meyvə bağlarına vaxtında aqrotexniki qulluq edildiyindən bol məhsul gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]