Bu il dünyada neft istehlakı rekord həddə çatacaq
Bakı, 19 yanvar, AZƏRTAC
2023-cü ildə dünyada neft istehlakı rekord həddə çatacaq.
AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin illik hesabatına istinadla xəbər verir ki, 2023-cü ildə dünya bazarının neftə tələbatı artaraq sutkada 101,72 milyon barel təşkil edəcək. Bu, indiyədək olan ən yüksək göstəricidir.
Hesabatda bildirilib ki, Çin dünyanın ən böyük neft istehlakçısı olaraq qalacaq. Çin iqtisadiyyatının COVID-19 pandemiyası ilə əlaqədar inkişaf tempi azalmışdır. Cari ildə bu ölkənin iqtisadiyyatında artım gözlənilir. Bu da enerji tələbatının artmasına səbəb olacaq.
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi Avropa dövlətlərini enerji ehtiyatlarını artırmağa məcbur edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]