Bu il Ukraynada hər iki gündən bir qızılca xəstəliyindən ölüm faktı qeydə alınır
Kiyev, 23 yanvar, AZƏRTAC
Son 20 gündə Ukraynada qızılca xəstəliyindən 8 nəfər ölüb, bu da 2017-ci illə müqayisədə iki dəfə çoxdur. Belə ki, ötən il qızılca xəstəliyindən 4 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Artıq bu ilin əvvəlindən ölkədə 1285 nəfər qızılca xəstəliyinə tutulub.
Kiyev şəhər Laboratoriya Mərkəzinin direktoru Sergey Çumak isə mətbuata açıqlamasında bildirib ki, paytaxtda bu il 121 nəfər qızılca xəstəsi kimi qeydiyyatdan keçib. Onlardan 86-sı uşaqdır. Onun sözlərinə görə, Kiyevdə hər gün 4-6 nəfər qızılca xəstəliyinə tutulur. 121 nəfərdən 93-ü qızılcaya qarşı peyvənd olunmayanlardır.
Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, ölkədə qızılcaya qarşı 500 min flakondan çox vaksinasiya var. Apreldə UNICEF Ukraynaya daha 1 milyon flakon vaksinasiya göndərəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.09.2026 [22:22]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [21:39]
“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm
- 19.09.2026 [21:27]
Leysan yağışları Batumidə həyatı iflic edib
- 19.09.2026 [21:25]
Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb
- 19.09.2026 [16:49]
Münxendə 191-ci Oktoberfest start götürüb
- 19.09.2026 [14:51]
Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib
- 19.09.2026 [14:03]
ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib
Sürücülərin nəzərinə
- [21:16]
Bu saata olan əsas xəbərlər
- [20:00]
Dörd yaşında yarımçıq qalan ömür
- [12:08]
Bu saata olan əsas xəbərlər
- [12:00]