Bu ilin ilk rübündə 228 nəfər özünüməşğulluğa cəlb edilib
Bakı, 10 aprel, AZƏRTAC
2017-ci ildən icrasına başlanılan "Məşğulluğa dəstək proqramı" çərçivəsində 2025-ci ilin sonunadək 110 mindən çox vətəndaş özünüməşğulluq fəaliyyətinə cəlb olunub. Təkcə ötən il 16 min 827 nəfər bu proqramdan faydalanıb.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ülvi Abasquliyev deyib.
O bildirib ki, 2026-cı ilin ilk rübündə 228 nəfər özünüməşğulluğa cəlb edilib.
Nəticəyə əsasən, 12 ay sonra fəaliyyətin davametmə göstəricisi 90 faizdən çox, 24 ay sonra davamlılıq göstəricisi 75 faizdən çox, aktivlərin satış göstəricisi 1 faizdən az təşkil edib.
“Qeyd edilən bu statistik göstəricilər proqramın dayanıqlı gəlir formalaşdırdığını göstərir”, - deyə sədr müavini qeyd edib.
Müxbir - Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:18]
Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub
- 01.10.2026 [15:06]
Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO
- 01.10.2026 [14:13]
“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO
- 01.10.2026 [13:54]