Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
Vətəndaşların hökumətlə rahat ünsiyyəti üçün bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev “Kağızsız Hökumət: Rəqəmsallaşma və ətraf mühitə təsiri” adlı beynəlxalq tədbirdə deyib.
“Belə ki, vətəndaş artıq suallarını süni intellekt vasitəsilə istər yazılı (mətn formasında) və ya səsli şəkildə hökumətə çatdıra biləcək. Bu istiqamətdə işlər aktiv şəkildə davam edir. İlin sonunadək yekunlaşacağı gözlənilir”, - deyə Ş.Əliyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]