Budapeşt tezliklə Ukraynada sülhün bərqərar olunacağına ümid edir
Budapeşt, 25 fevral, AZƏRTAC
“Macarıstan artıq üç ildir ki, yüz milyardlarla avro və dollar dəyərində olan silahların cəlb edildiyi bu müharibənin kölgəsində yaşayır. Hətta nüvə silahının istifadə ediləcəyi də aşkar söylənilir. Müharibə nəticəsində milyonlarla insan həyatını itirib. Heç kim də bilmir ki, müharibə bitmiş olsa belə, bu qədər silahın aqibəti necə olacaq və gələcəkdə kim, harada və kimə qarşı onları istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Ukrayna-Rusiya müharibəsi ilə bağlı bildirib.
Nazirin fikrincə, müharibə nə qədər çox davam edərsə, silahların və silahdan ölənlərin sayı da çoxalacaq.
“Macarıstan və bütün sülhsevər dünya Rusiya ilə ABŞ arasında tezliklə siyasi dialoqların başlanmasında maraqlıdır. Bu dialoqlar silahsızlaşdırma prosesinin bərpasına gətirib çıxarmalıdır”, - deyə o qeyd edib.
Nazir hesab edir ki, bunun üçün qarşılıqlı etimad lazımdır: “Bu gün Cenevrədə BMT-nın Silahsızlaşdırma Konfransında bu etimadın bərpa olunmasına çağırış edəcəyəm”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]