Budapeştdə havanın çirklənmə dərəcəsi yolverilən normadan yüksəkdir
Budapeşt, 11 yanvar, AZƏRTAC
Budapeştdə havanın çirklənmə dərəcəsi yolverilən normadan yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Bürosunun məsul əməkdaşı Anita Villamoş AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, son aylarda paytaxt metrosunun “mavi xətti”nin təmiri ilə əlaqədar şəhərin yollarında, xüsusən, Ulloi prospektində hərəkətin intensivliyi artıb. Bu, tıxacların sayının artmasına, avtomobillərin mühərrikləri işə salınmış vəziyyətdə yollarda dayanmasına gətirib çıxarıb.Pəncərələri bu prospektə açılan evlərin, habelə yaxınlıqdakı rayonların sakinləri avtomobillərin işlənmiş qazlarından sözün həqiqi mənasında boğulurlar.
Villamoşun sözlərinə görə, şəhərin bu hissəsi üzərindəki smoq Buday təpəliklərinin zirvələrindən aydın görünür.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]